XƏBƏRLƏR
1016 Arxiv

2024.01.30

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

30 yanvar 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti (Baytarlıq təbabəti və zoomühəndislik) fakültəsinin Əczaçılıq (Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası) kafedrasının doktorantı İlahəxanım Tofiq qızı Məmmədzadənin “Bir sıra ishaləleyhi dərman bitkilərinin kimyəvi preparatlarla kompleks şəkildə buzovlarda tətbiqi” mövzusunda dissertasiya işinin Birdəfəlik dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Famil Nəsir oğlu Nəsibovdur.

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq İlahəxanım Tofiq qızı Məmmədzadənin “Bir sıra ishaləleyhi dərman bitkilərinin kimyəvi preparatlarla kompleks şəkildə buzovlarda tətbiqi”  mövzusunda təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.09 Birdəfəlik dissertasiya şurasına müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edildi.