XƏBƏRLƏR
661 Arxiv

2024.01.26

ARETN Zoologiya İnstitutunun əməkdaşları yubiley münasibəti ilə Fəxri fərmanla təltif olunub.

26 yanvar 2024-cü il tarixində ARETN Zoologiya İnstitutunun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Səkinə Hacıyevanın 65 illik yubileyi, Quru onurğasızlar laboratoriyasının müdiri vəzifəsini icra edən b.ü.f.d., dosent Gülər Hüseynzadənin 65 illik yubileyi, Quru onurğasızlar laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent  İlhamə Kərimovanın 60 illik yubileyi münasibəti ilə təbrik edib,  onlara can sağlığı, çətin və şərəfli ömür yolunda uğurlar arzulayıb və Zoologiya İnstitutunun Fəxri fərmanını təqdim edib. İnstitutun Həmkarlar təşkilatı sədri Gülnarə Aslanova əməkdaşlara gül dəstələri təqdim edib.