XƏBƏRLƏR
737 Arxiv

2024.01.24

Zoologiya İnstitutunun əməkdaşı hazırlıq kursunda iştirak edib

2024-cü ilin 8-12 yanvar tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Mülki müdafiə qərargah rəisləri” kateqoriyası üzrə “Rəhbər heyətin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində hazırlanması” proqramı əsasında hazırlıq kursu keçirilmişdir. Zoologiya İnstitutunun Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev həmin kursda dinləyici qismində iştirak etmişdir. Kursun sonunda şəhadətnamə təqdim olmuşdur.