XƏBƏRLƏR
805 Arxiv

2023.11.15

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

15 noyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun doktorantı Səhman Yusif oğlu Bayramovun  “Azərbaycanda  ev toyuqlarının əsas helmintozları və onlara qarşı yeni mübarizə tədbirləri” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi məsləhətçisi Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Heydər oğlu Məhərrəmovdur.   

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Səhman Yusif oğlu Bayramovun  “Azərbaycanda  ev toyuqlarının əsas helmintozları və onlara qarşı yeni mübarizə tədbirləri”   mövzusunda təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya doktorluq dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.09 Birdəfəlik Dissertasiya Şurasına müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edildi.