XƏBƏRLƏR
795 Arxiv

2023.11.14

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

14 noyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun növbəti iclası keçirilib. ETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının dissertantı Reyhan Şöhlət qızı İbrahimovanın “Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların  GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi məsləhətçisi biologiya elmləri doktoru, dosent  Qara Hüseyn oğlu Fətəliyevdir. 

Müzakirənin sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Reyhan Şöhlət qızı İbrahimovanın 2429.01 “Parazitologiya”  ixtisasında  “Azərbaycanda əhli itkimi (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların  GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması”  mövzusunda təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya doktorluq dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.09 Birdəfəlik Dissertasiya Şurasına müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edildi.