XƏBƏRLƏR
958 Arxiv

2023.10.25

Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşı Rusiya Parazitoloqları cəmiyyətinin 7-ci qurultayında iştirak edib

ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının müdiri v.i.e, b.e.d., dos. Asif Manafov   16-20 oktyabr 2023-cü il tarixlərində  Rusiya Federasiyasının Petrozavodsk şəhərində (Kareliya Elmi Mərkəzində) Rusiya Parazitoloqları cəmiyyətinin 7-ci qurultayında iştirak edib. Qurultayda “Səbəb-nəticə münasibətləri mövqeyindən parazitizmə baxış” adlı məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qurultay ərəfəsində Rusiya parazitoloqlar cəmiyyətinin prezidenti, biologiya elmləri doktoru, professor K.V. Qalaktionov, Rusiya EA Kareliya Elmi Mərkəzinin Biologiya İnstitutunun professoru, b.e.d. Yeşko Y.P, Gertsen adına Sankt-Peterburq Dövlət Universitetinin professoru, b.e.d. Atayev G.L.,  Rusiya EA Zoologiya İnstitutunun baş elmi işçisi, b.e.d. Rıss A.Y. ilə işgüzar görüşlər keçirərək  gələcəkdə  birgə elmi –tədqiqat işlərinin  aparılması üçün maraq doğuran mövzular üzrə fikir mübadilələri edildi.  Bundan əlavə, Rusiya Federasiyasının müxtəlif   bölgələrindən (Moskva, Sankt-Peterburq,  Pskov, Novosibirsk, Krasnoyarsk, Vladivostok, Murmansk və digər)  gəlmiş bir çox parazitoloq-alimlərlə  fərdi və qrup halında keçirilən görüşlərdə müasir parazitologiyanın aktual problemləri ilə bağlı çox faydalı fikir mübadilələri aparıldı, təqdim edilən məruzənin çox böyük müzakirəyə səbəb olduğu bildirildi.