XƏBƏRLƏR
867 Arxiv

2023.10.20

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

20 oktyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunda elmi seminarın növbəti iclası keçirilib. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin, “Biologiya” kafedrasının dissertantı Kərimova Şəfa İlqar qızının Naxçıvan Muxtar Respublikasının təbii və süni göllərində yayılan balıqların inkişafında ekoloji amillərin rolu mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Saleh Heydər oğlu Məhərrəmovdur.
Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Kərimova Şəfa İlqar qızının Naxçıvan Muxtar Respublikasının təbii və süni göllərində yayılan balıqların inkişafında ekoloji amillərin rolu adlı dissertasiya mövzusunun 24.01.01- Zoologiya ixtisasında Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələri növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.