XƏBƏRLƏR
893 Arxiv

2023.10.19

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları labratoriyasının əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları labratoriyasının əməkdaşları -laboratoriya müdiri v.i.e. b.ü.f.d., dosent Təvəkkül İsgəndərov və b.ü.f.d. Gülbəniz Qasımova 12-14 oktyabr 2023-cü il tarixində Rusiyanın Yekaterinburq şəhərində hibrid formatda keçiriliən «Аномалии и патологии амфибий и рептилий:методология, причины возникновения, теоретическое и практическое значение» adlı III Beynəlxalq konfransda onlayn iştirak ediblər. Konfransda T.İsgəndərov “Эмбриональные уродства у левантской гюрзы, Macrovipera lebetina obtusa (Dwigubsky,1832).”, G.Qasımova isə “Встречаемость морфологических аномалий у озерной лягушки (Anura, Amphibia) в Азербайджане” adlı mövzu ilə çıxış ediblər.