XƏBƏRLƏR
880 Arxiv

2023.10.17

Elmi şurada laboratoriyaların illik hesabatları dinlənilib

17 oktyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Protozoologiya, Parazit-sahib münasibətlərinin biokimyası və Parazitologiya laboratoriyalarının illik hesabatları dinlənilib. Müvafiq ardıcıllıqla laboratoriya müdirləri AMEA-nın müxbir üzvü, İlham Ələkbərov, icraçı direktor, b.e.d., dos. Elşad Əhmədov  və b.ü.f.d., dosent Reyhan İbrahimova cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Elmi katib,  b.ü.f.d., dosent Sara Əliyeva b.ü.f.d. Türkan Qurbanovanın “İnsanın opportunistik xəstəliklərinin törədiciləri olan koksidilərin yayılmasında gəmiricilərin rolu”, b.ü.f.d. Elyanə Tahirovanın “Lənkaran təbii vilayətinin şirin su çanaqlı amöbləri (növ tərkibi, ekologiya və zoocoğrafiyası)  adlı monoqrafiyalarının çapa təqdim olunması haqqında  məruzə ilə çıxış edib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.