XƏBƏRLƏR
918 Arxiv

2023.10.13

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

Oktyabrın 12-də ARETN Zoologiya institutunda Zoologiya seksiyanın 3-cü iclası keçirilmişdir. İclas hibrit formada zoom platforması üzərindən keçirilmişdir. Mütəxəssislər biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün 3, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1 dissertasiya mövzusunu müzakirə etmişlər.   Biologiya üzrə fəlsəfə doktoru, ARETN Zoologiya İnstitutunun 2023-cü ildən qiyabi doktorantı Elyanə Nail qızı Tahirovanın 2401.01 – “Zoologiya” ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Azərbaycanın şirin su molyusklarının (Mollusca) növ müxtəlifliyi, ekologiyası və su biosenozlarında rolu” başlıqlı dissertasiya mövzusu, Biologiya üzrə fəlsəfə doktoru, ARETN Zoologiya İnstitutunun 2023-cü ildən dissertantı, Şəfa İlqar qızı Xasayevanın 2401.01 – “Zoologiya” ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Azərbaycanda Dysderidae və Thomisidae (Arachnida, Araneae:) fəsilələrinə aid  hörümçəklərin növmüxtəlifliyi və ekologiyası” başlıqlı elmi tədqiqat işinin mövzusu, Biologiya üzrə fəlsəfə doktoru, ARETN Zoologiya İnstitutunun 2023-cü ildən dissertantı Aynurə Alı qızı Namazovanın 2429.01- Parazitologiya ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Azərbaycanda iribuynuzlu heyvanlarda onxoserkoz törədicilərinin bioekoloji xüsusiyyətləri və onlara qarşı kompleks mübarizə tədbirlərinin hazırlanması” başlıqlı elmi tədqiqat işinin mövzusu və ARETN Zoologiy İnstitutunun 2018-ci ildən doktorantı Kərimli İlahə Raqif qızının 2401.01 – “Zoologiya” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Zaqatala-Lahıc və Qonaqkənd fiziki-coğrafi rayonlarında Həşəratyeyənlərin (Mammalia:İnsectivora)  növ müxtəlifliyi, eko-morfologiyası və bəzi növlərinin sitogenetikası” başlıqlı elmi tədqiqat işinin mövzusu müzakirə olundu. Mütəxəssislər iddiaçılara mövzularına aid müxtəlif suallar verdi. Müzakirədən sonra mövzular təsdiq edildi və Problem şurasının müzakirəsinə təqdim edildi.