XƏBƏRLƏR
912 Arxiv

2023.10.09

Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Türkiyədə elmi ezamiyyətdə olub

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi 02.10. -06.10.2023  tarixlərində Türkiyənin Samsun şəhərində yerləşən Samsun Baytarlıq Nəzarət İnstitutuna elmi ezamiyyətdə olunmuşdur. . Azərbaycanın Quba-Xaçmaz (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) və Lənkəran-Astara iqtisadi rayonlarının bölgələrindən (Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad) yaz və payız fəsillərində toplanmış bal arısı nümunələrinin molekulyar analizi aparılmışdır. 9 növ virusa (AmFv, ABPV, CBPV, IAPV, SBV, BQCV, VDV-1, DWV və KBV) baxılmış və 5 növ virus (AmFv, ABPV, SBV, BQCV, VDV-1) aşkar edilmişdir. Bu viruslardan AmFv, SBV, BQCV, VDV-1 virusları daha öncə Azərbaycanın Böyük Qafqaz ərazisinin Qəbələ rayonunda aşkar edilmişdir. Lakin şimal-şərq və cənub-şərq bölgələrində bu viruslar ilk dəfə təyin edilmişdir və eyni zamanda Azərbaycanda ilk dəfə olaraq ABPV molekulyar səviyyədə aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, son dönəmdə arıxanalarda kütləvi arı ölümləri müşahidə olunmaqdadır və bunun əsas başlıca səbəblərindən biri virus xəstəlikləri və xüsusilə növ olaraq ABPV göstərmək olar.