XƏBƏRLƏR
1082 Arxiv

2023.10.09

Zoologiya İnstitutunda pakistanlı alimlərlə görüş keçirilib

9 oktyabr 2023-cü il tarixində, ARETN Zoologiya İnstitutunda Pakistanın Kənd Təssərrüfatı üzrə Sindh Universitetinin entemoloq professorları ilə görüş keçirilib.

Tədbirdə institutun baş direktoru v.i.e., a.e.ü.f.d., dos. Ələddin Eyvazov, institutun icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov və entemoloq alimlər iştirak edib. Qonaqlara institutun tarixi, elmi fəaliyyəti və entemologiya sahəsində aparılan tədqiqatlar haqqında məlumat verilib. Öz növbəsində qonaq professor İmran Xatri öz ölkəsinin kənd təssərrüfatında zərərverici həşəratlarla mübarizə üsulları, yeni texnologiyaların tətbiqi və bioloji agentlərin istifadəsi haqqında söhbət açıb. Alim həmçinin institutun alim heyətini çalışdığı universitetin təcrübə proqramlarında iştirak etməyə dəvət edib.

Qeyd edək ki, 44000 tələbə və doktorant şəbəkəsinə malik olan cari universitet həm milli həm də qlobal miqyasda kənd təsərrüfatı sektoruna öz töhfələrini verib. Burada həm də dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçılar üçün  çox çeşidli akademik proqramlar təşkil olunur.

Tədbirin sonunda qonaqlar ünvanlanan sualları cavablandırıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.