2023.10.03
Parazitologiya laboratoriyasının əməkdaşları Ağsu, İmişli, Sabirabad rayonlarında ekspediyada olub
ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları - baş elmi işçi Yeganə Mahmudova, aparıcı elmi işçi Reyhan İbrahimova, böyük elmi işçilər Elnurə Aslanova, Aynurə Namazova, elmi işçilər Nərmin Əsgərova, Suman Məmmədhəsənova, Gülnarə Hüseynova, kiçik elmi işçilər Təranə Budaqova, Aynur Hacıağayeva 25.09.-29.09.2023-cü il tarixlərində Ağsu, İmişli, Sabirabad rayonlarında ekspediyada olub.
Ekspediya zamanı şəxsi fermer təsərrüfatlarından iri buynuzlu və xırda buynuzlu heyvanlardan,həmçinin ətyeyən heyvanlardan müxtəlif üsullarla helmintoloji materiallar toplanılıb. Materiallar müxtəlif məhlullarda fiksə edilərək laboratoriyaya gətirilib.
Qeyd edək ki, Helmintoloji materialların işlənilməsi laboratoriyada davam etdirilir.