XƏBƏRLƏR
764 Arxiv

2023.10.02

Zoologiya İnstitutunun əməkdaşları təlimdə iştirak ediblər

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü il üzrə Yol Xəritəsinin “Yerli elmi jurnallarının nüfuzunun yüksəldilməsi və yenilərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi” bəndi üzrə 29-30 sentyabr tarixlərində ADA Universitetində ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də jurnal redaktorları üçün “Elmin inkişafında elmmetriyanın rolu: Nüfuzlu elmi jurnalların hazırlanması” mövzusunda təlim keçirilmişdir.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilən tədbirdə Mülkiyyət Hüquqlarının Təminatı mərkəzinin direktoru Nəcəf Quliyev və İctimai birliyin rəhbəri Xəyalə Məmmədova məruzə ediblər. Bundan əlavə, təlimdə rəsmi jurnal nümayəndələri ilə elmi müzakirələr də aparılıb.
Tədbirin növbəti günündə, Azərbaycan DOİ Təminatı Agentliyinin direktoru Vüsal Bəxtiyarov “Elmdə jurnalların informasiya texnologiyaları sisteminin formalaşdırılması və perspektivləri” və beynəlxalq ekspert Xəyalə Məmmədova “Elmi-tədqiqat,elmi məqalələrin konseptual olaraq strukturlaşdırılması və hazırlanma metodikası” ilə bağlı təlim təşkil ediblər.
Tədbirdə institumuzu ARETN Zoologiya İnstitutunun Tətbigi Zoologiya Mərkəzinin rəhbəri, b.ü.f.d Barat Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Ləman Hüseynova təmsil edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.