2023.09.20
Zoologiya institutunun Elmi şurasının növbəti iclası keçirilib
20 sentyabr 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclas şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb. İclası giriş sözü ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. Sonra beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan məqalələrə görə mükafatın verilməsi haqqında məlumat verib.
Daha sonra icraçı direktor, b.e.d.,dosent Elşad Əhmədov 2024-cü ildə keçirilməsi planlaşdırılan beynəlxalq və respublika səviyyəli konfranslar haqqında məruzə ilə çıxış edib.
Sonda 2023-cü tədris ili üçün qəbul olmuş doktorant və dissertantların dissertasiya mövzularının adları geniş müzakirə olunub.
Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.