2023.09.18
ARETN Zoologiya İnstitutunun gənc aliminin fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib
15 sentyabr 2023-cü il tarixində, saat 14:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurasında “Quru onurğalıları” laboratoriyasının elmi işçisi, dissertant Sevinc Səadət qızı Rəcəbovanın 2401.01 – “Zoologiya” ixtisası üzrə "Azərbaycanın cənub-şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yolları" mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib. Tədqiqat işinin elmi rəhbəri Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, 2401.01 – “Zoologiya” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Nağı oğlu Tağıyev, rəsmi opponentləri isə ARETN Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar Şöbəsinin aparıcı elmi işçisi, 2401.01 – “Zoologiya” ixtisası üzrə biologiya elmləri doktoru, dosent Arzu Fərman oğlu Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin “Balıq məhsulları istehsalının texnologiyası” kafedrasının müdiri, 2401.01 - “Zoologiya” ixtisası üzrə biologiya elmləri doktoru, dosent Namiq Canəli oğlu Mustafayev, Gəncə Dövlət Universitetinin Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının müdiri, 2401.01 – “Zoologiya” ixtisası üzrə biologiya elmləri doktoru, dosent Vəfa Fərman qızı Məmmədovadır.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru Elşad Əhmədov çıxış üçün sözü iddiaçıya verib. İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.