XƏBƏRLƏR
518 Arxiv

2023.09.07

“Quru onurğasızları” laboratoriyasının əməkdaşları Naxçıvan MR-da ekspedisiyada olublar

ARETN Zoologiya İnstitutunun “Quru onurğasızları” laboratoriyasının əməkdaşları: laboratoriya müdiri vəzifəsini icra edən, aparıcı elmi işçi, b.ü.f.d., dosent Hüseynzadə Gülər, baş elmi işçi, biologiya elmləri doktoru Natalya Sneqovaya və aparıcı elmi işçi, b.ü.f.d. İlhamə Kərimova 21-28 avqust tarixlərində Naxçıvan MR-da ekspedisiyada olublar.

Ekspedisiya dövründə Naxçıvan MR-nın Batabat və Göygöl, Ağdərə kəndi, Paraqaçay qəsəbəsi və Qapıcıq dağı ətrafı çəmənliklər, meşə ətrafı sahələr, talalar müayinə edilərək entomoloji materiallar toplanıb. Alimlər mövzularına uyğun olaraq arıkimilər, torqanadlılar, iynəcələr və digər həşərat qrupları üzrə faunistik material toplayaraq təyin etmək üçün laboratoriyaya gətiriblər.