XƏBƏRLƏR
673 Arxiv

2023.08.22

“Quru onurğalıları” laboratoriyasının elmi işçisi ekspedisiyada olub

ARETN Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının elmi işçisi, dissertant Aqil Haxıyev məməli heyvanlarda ekoloji, morfoloji və genetik araştırmalar aparmaq üçün  Azərbaycanın Böyük Qafqaz fiziki-coğrafi vilayətində  14.08.2023 - 19.08.2023 tarixlərində  ekspedisiyada olub. 

Ekspedisiya zamanı məməli heyvanların ümumi ekoloji monitorinqi aparılıb.  Əldə olunan  Erinaceus concolor - Ağdöş kirpi, Pipistrellus pipistrellus - Cırtdan şəbpərə,  Lepus europaeus - Adi dovşan,  Hystrix indica - Hind tirəndazı,  Meriones (Pallasiomys) libycus  – Qırmızıquyruq qum siçanı, Allactaga elater  - Kiçik ərəbdovşanıVulpes vulpes - Adi tülkü  növlərinə aid materiallar morfoloji və genetik tədqiqatlar aparmaq məqsədi ilə laboratoriyaya gətirilib.