XƏBƏRLƏR
588 Arxiv

2023.07.31

Quru onurğalıları laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

Quru onurğalıları laboratoriyasının b.e.d., baş e.i. Tahir Kərimov, b.ü.f.d., a.e.i. Hafiz Muxtarov, e.i. Sevinc Rəcəbova və k.e.i. Leyla Əhmədli 17-21 iyul tarixlərində Quba və Şabran rayonlarının ərazisində ornitoloji monitorinq həyata keçirmişlər. Ekspedisiya dövründə stasionar və marşrut metodlarından istifadə etməklə qızılquşkimilər (Falconiformes) dəstəsinə mənsub olan növlərin nəsilvermə dövründə sayları qeydə alınmış, biotopla trofik əlaqələri və bu növlərə təsir edən mənfi amillər müəyyən edilmişdir. Toplanan çöl materialları laboratoriya şəraitində təhlil edilib ümumiləşdiriləcəkdir.