XƏBƏRLƏR
507 Arxiv

2023.06.21

Zoologiya İnstitutunun əməkdaşları Beynəlxalq konfransda iştirak edib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfransda İnstitut əməkdaşları b.ü.f.d. dosent Təvəkkül İsgəndərov “Azərbaycanda yayılmış çöl gürzələrinin ( Vipera/pellas) müasir taksonomiyası və geofilogeniyası” mövusunda, elmi işçi Leyla Nadirli “Azərbaycanda molekulyar- genetik metodların istifadəsi ilə gəmiricilərin (Rodentia) növ müxtəlifliyinin öyrənilməsi ( Microtus cinsinə aid çöl siçanlarının misalında) və dissertant  Zərnitac  Şükürova “Saturnia pyri (Lepidoptera: saturniidae) conservation by reintroduction within its native range in the north-west region of Azerbaijan” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfranda elmi işçi Leyla Nadirli poster sərgisinə görə I yerə laiq görülüb. Leyla Nadirli və institutun dissertantı Zərnitac Şükürova sertifkatla təltif olunub.