XƏBƏRLƏR
562 Arxiv

2023.06.13

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

13 iyun  2023-cü il tarixində Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib.

Sonra b.e.d., dosent Elşad Əhmədov İnstitutun I yarınillik hesabatı haqqında məlumat verib. Növbəti məsələ elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva tərəfindən təqdim edildi və  Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Lalə Araz qızı Rəhimlinin müəllifliyi ilə daxil olmuş “Abşeronun ksilofaq böcəkləri və onların entomofaqları” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında məlumat verdi.

Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.