XƏBƏRLƏR
857 Arxiv

2023.06.07

Biləsuvar Rayon İcra Hakimiyyətində işgüzar görüş keçirilib

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə işgüzar səfər çərçivəsində ARETN-nin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, ARETN-nin Zoologiya İnstitutunun baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov və hər iki institutun nümayəndə heyəti Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşüb.

İcra başçısı qonaqları salamlayaraq bu formatda keçirilən görüşlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, görüşün əsas məqsədi Təhsil Kompleksi ilə institutlar arasında ikitərəfli sıx əməkdaşlığın qurulmasıdır. 

Sonra səfər çərçivəsində Təhsil Kompleksi ilə yaxından tanış olan hər iki institutun nümayəndə heyəti ilə məktəbin kollektivi arasında görüş keçirilmiş və qarşılıqlı əlaqələrin qurulması barədə memorandum imzalanmışdır.

Daha sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısına və Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə hədiyyələr təqdim olunub.

Sonda nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət edib.