XƏBƏRLƏR
575 Arxiv

2023.05.26

Zoologiya institutunun Elmi şurasının növbəti iclası keçirilib

26 may  2023-cü il tarixində Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib.

Daha sonra Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın yeni tərkibi müzakirə olunaraq təsdiq edildi. Növbəti məsələ  elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva tərəfindən təqdim edildi və biologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz Hafiz qızı Qasımovaya 2401.01- “Zoologiya” ixtisasında dosent elmi adı verilməsi üçün  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.

Sonra Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Şəfa Xasayeva doktorant və dissertantların attestasiyasının nəticələri və 2023-cü tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul nəticələri haqqında məlumat vermişdir.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.