XƏBƏRLƏR
514 Arxiv

2023.05.03

Zoologiya İnstitutunun əməkdaşı milli forumda iştirak edib

Azərbaycan Fransız Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə milli forum keçirilib.

Aprelin 28-də Bakı Avropa Liseyində “Fransız dilinin tədrisində aktual problemlər: fransız dilinin gələcəyi və fransız dili karyera dili kimi” mövzusunda respublika forumu keçirilib.

ARETN Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin tərcüməçisi Ağayeva Aynur həmin forumda iştirak edib.Forumun təşkilatçıları Azərbaycan Fransız Müəllimləri Assosiasiyası (APFAZ) və onun tərəfdaşları olub.

Azərbaycan Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov Bakıda fransız təhsili və onun inkişaf perspektivləri barədə məlumat verib.

Fransa Respublikasının Azərbaycandakı səfiri xanım An Buayon “Fransa ilə Azərbaycan arasında fransız dilinin tədrisi və təhsili sahəsində əməkdaşlığın panoraması” mövzusunda çıxış edib.

Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov “Universitetlərdə fransız dilinin tədrisi və yaranan problem və çətinliklərin həlli yolları” mövzusunda çıxış edib.

Bakı Avropa liseyinin direktoru Zülfiyyə xanım Veysova “Ümumtəhsil  orta məktəblərində fransız dilinin tədrisinin çətinlikləri, mövcud vəziyyət, gözləntilər, reallıqlar” mövzusunda çıxış edib.

Daha sonra UFC-nin (University Foundation Courses) direktoru Reyhan Hüseynova çıxış edib. O, “fransız dilinin inkişafına və xaricdə təhsil layihələrinin dəstəklənməsinə” diqqət çəkib.

Azəbaycan fransız dili müəllimləri Assosiyasiasının nümayəndəsi (APFAZ) Gülbəniz Camalova çıxışında "Fransız dilinin tədrisi və yayılmasının çətinlikləri, APFAZ-ın həyata keçirdiyi layihələr" haqqında məlumat verib.

Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.