XƏBƏRLƏR
632 Arxiv

2023.04.27

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elmi tədqiqatların aktual problemləri: zoologiyanın nəzəri və praktiki aspektləri” mövzusunda elmi-praktik seminar keçirilib

27 aprel 2023-cü ildə ETN Zoologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar keçirilib. 

Elmi-praktik seminar başlamazdan  öncə İnstitut əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri qoyulub, onun xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra elmi-praktik seminar Azərbaycan Respublikasının Dövlət  himni  ilə açılıb və Ulu Öndərin Xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktor v i.e., a.e.ü.f.d., dosent Ələddin Eyvazov bildirib ki, Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi keçirilir. Bu günki müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında  göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaş isə  bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman  anılır və əziz tutulur.

Sonra Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin   Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, Əməkdar müəllim, professor İradə Hüseynova Ulu öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik və siyasi fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev  çıxış edərək bildirdi ki, Azərbaycan Ümummilli Liderin hakimiyyətə gəlişi ilə ilk dəfə tərəqqi yoluna qədəm qoydu. Ulu Öndər hakimiyyətə gəlişi ilə sosial-iqtisadi böhran vəziyyətinin təhlilini  verdi, çıxış yollarını müəyyənləşdirdi, bundan sonra aparılan uğurlu daxili siyasət nəticəsində iqtisadi dirçəliş, inkişaf və milli özünüdərk mərhələsinin başlanğıcı qoyuldu.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nihad Muxtarlı “Ümumilli Lider Heydər Əliyevin müdrik siyasi kursu nəticəsində aztəminatlı vətəndaşların, şəhid və əlil ailələrinin, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlətdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanılması və möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən bu siyasi kursun davam etdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Gənc rəssam Nicat Muxtarlı Ümumilli Lider Heydər Əliyev və Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş yağlı boya portretini instituta hədiyyə edib. Daha sonra, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, b.ü.f.d. Amaliya Həsənova, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov, Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, b.ü.f.d., dosent Əbülfəz Tağıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Nigar Yusifova, Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, b.e.d., dosent Vəfa Məmmədova, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Hafiz Muxtarov, Paleozoologiya laboratoriyasının müdiri v.i.e., b.ü.f.d. Könül Tapdıqova, Nicat Muxtarlı və Nihad Muxtarlı müxtəlif məruzələrlə çıxış ediblər.

Seminarın sonunda seminar iştirakçılarına sertifikat təqdim edilib və  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayış olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx