XƏBƏRLƏR
661 Arxiv

2023.04.11

Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Müasir biologiya və tibbdə elektron mikroskopun rolu” mövzusunda seminar keçirilib

11 aprel 2023 cü ildə ETN Zoologiya İnstitutunda Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş seminar keçirilib. 

Seminar Azərbaycan Respublikasının Dövlət  himni ilə açılıb.

Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir deyə İnstitutun baş direktor v i.e., a.e.ü.f.d., dosent Ələddin Eyvazov bildirib. O qeyd edib ki, Akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Daha sonra Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Hafiz Muxtarov  çıxışında qeyd edib ki,  mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir.

 Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Fuad Rzayev, “Müasir biologiya və tibbdə elektron mikroskopun rolu” mövzusunda məruzə ilə çıxış edib. O məruzəsində  mikroskopların yaranma tarixi, onların imkanları, üstünlükləri haqqında, prokariot orqanizmlərinin müxtəlif qrupları üzrə Azərbaycanda hazırlanmış elektronoqrammalar üzərində əyani olaraq transmission elektron mikroskopun tibb və biologiyada rolu barədə məlumatlar çatdırıb. F.Rzayev bildirib ki, bəzi xəstəliklərin diqanostikasında, yeni dərman vasitələrinin bioloji aktivliyinin müəyyənləşdirilməsində, bir çox növlərin morfologiyasının, təyinatının, sistematik mövqeyinin, parazit-sahib münasibətlərinin öyrənilməsində elektron mikroskopun rolu əvəzsizdir.

Sonda Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş  videorolik nümayiş olunub.

Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş  videoçarx