XƏBƏRLƏR
451 Arxiv

2023.03.31

ARETN Zoologiya İnstitutunun I kurs magistrantlarının attestasiyası keçirilib

31 mart 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunun I kurs magistrantlarının I semestrdə gördüyü işlərin yoxlanılması məqsədilə attestasiyası keçirilib. Magistrantlar - Abbasova Aynurə Elman qızı, Əlizadə Vəfa Rəhim qızı və Məmmədzadə Nurgül Cavad qızının attestasiyasının kecirilməsi məqsədilə Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun 17 mart 2023-cü il tarixli 79 k nömrəli əmri ilə Attestasiya Komissiyası yaradılıb (Sədr: a.e.ü.f.d., dos. Ə.Eyvazov, katib: b.ü.f.d. Ş.Xasayeva, üzvlər: b.e.d.,dos. E.Əhmədov, b..ü.f.d.,dos. G.Hüseynzadə, b.ü.f.d.,dos. B.Əhmədov, b.ü.f.d.,dos.T.İsgəndərov, b.ü.f.d.,dos. S.Əliyeva).  Magistrantlar tədris ilinin I semestri ərzində yerinə yetirdikləri işləri haqqında hesabat veriblər. Onlar tədris planına uyğun olaraq 6 fənndən imtahan verib əla qiymətlərlə I semestri başa vurduqlarını, dissertasiya mövzusu üzrə yerli və xarici ədəbiyyat materiallarını ətraflı araşdırdıqlarını qeyd edib və Attestasiya komissiyasının üzvlərinin suallarını cavablandırıblar.
Sonda Attestasiya komissiyasının üzvləri magistrantlara öz təklif və  tövsiyələrini bildiriblər.