XƏBƏRLƏR
137 Arxiv

2023.01.18

Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunda 20 Yanvar faciəsinin 33-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

18 yanvar 2023-ci il tarixində institutunun kitabxanasında, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir iştirakçıları şəhidlərin  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri  Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açıb. O, çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıb, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildiyini və nəticədə 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu bildirib. Əlavə edib ki, qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyev 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bildirmişdir. Ə.Eyvazov qeyd  edib ki, 33 il keçsə belə o qanlı tarixin izləri  ilk günkü kimi yaddaşlardadır.

Tədbirdə daha sonra, biologiya elmləri doktoru Qara Fətəliyev, biologiya üzrə fəlsəfə doktorları Hafiz Muxtarov, Adil Əliyev, Zooloji muzeyin böyük laborantı Xatirə Qəhramanlı bu qanlı tarixlə bağlı acı  xatirələrini paylaşıblar.

Tədbirin sonunda qanlı yanvar hadisələrini əks etdirən video çarx nümayiş olunub.

20 YANVAR videoçarx