XƏBƏRLƏR
176 Arxiv

2022.12.08

Zoologiya İnstitutu yeni memoranduma imza atıb

Qərbi Kaspi Universiteti ilə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar, Mikrobiologiya, Zoologiya İnstitutları və Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu arasında memorandumlar imzalanıb.
Memoradumlara əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıqlar çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, gənclərin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.
Tərəflər arasında imzalanmış sənədlər müxtəlif sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında əməkdaşlığı, tələbələrin təcrübə keçməsi və universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur.