XƏBƏRLƏR
933 Arxiv

2022.03.17

Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib

17 mart 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunda "Zoom" platforması üzərindən Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Leyla Nadirli Şuranın tərkibində baş vermiş dəyişiklikləri iştirakçıların diqqətinə çatdırıb. O, iştirakçılara Azərbaycan Milli Elmlər Akademiyasının nəşr etdiyi "Gənc tədqiqatçı" jurnalı barədə məlumat verərək Şuranın yeni üzvlərinə beynəlxalq layihələrdə iştirak etmək fürsətindən yararlanmaq üçün AMEA Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin facebook səhifəsini izləməyi tövsiyyə edib. Sədr müavini, kiçik elmi işçi Nigar Mehdiyeva isə gəncləri paylaşılan beynəlxalq qrantlarda və konfranslarda fəal iştirak etməyə çağırıb.

Sonda L. Nadirli Şura üzvlərini gələcək Novruz bayramı münasibətilə təbrik edərək, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.