XƏBƏRLƏR
1075 Arxiv

2022.03.01

"Lənkəran-Astara bölgəsində subtropik bitkilərin zərərvericiləri və onların entomofaqları " mövzusunda dissertasiya işinin elmi seminarı keçirilib

AMEA Zoologiya İnstitutunun “Tətbiqi Zoologiya Mərkəzi”nin dissertanti Abasova Nəzakət Mirsahib qızının disserasiya işinin seminarı keçirilib.
Dissertasiya işinin elmi rəhbəri Quru Onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent E.A.Hüseynovadır. Tədbiri giriş sözü ilə açan b.e.d. Nəsib Cəfərqulu oğlu Namazov (sədr) sonra isə çıxış üçün sözü iddiaçıya verdi. Geniş müzakirələrdən sonra katib b.ü.f.d., dos. İradə Ağaverdi qızı Nuriyeva seminarın rəyini iştirakçıların diqqətinə çatdırdı. Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Nəzakət Mirsahib qızı Abasovanın “Lənkəran-Astara bölgəsində subtropik bitkilərin zərərvericiləri və onları entomofaqları” adlı dissertasiya mövzusunun 2413.01 - “Entomologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.