XƏBƏRLƏR
64 Arxiv

2021.10.12

Quru onurğasızları laboratoriyasının əməkdaşları İsmayıllı rayonunda ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları - biologiya elmləri doktoru Natalya Sneqovaya, biologiya üzrə fəlsəfə doktorları Gülər Hüseynzadə və İlhamə Kərimova entomoloji material toplamaq  məqsədilə İsmayıllı rayonu ərazisində ekspedisiyada olublar.

Ekspedisiya müddətində havanın buludlu, çiskin və yağmurlu keçməsinə baxmayaraq rayon və ətraf ərazilərindən Odonata, Orthoptera dəstlərinə, Formicidae, Arachnidae fəsilələrinə aid bir sıra növlərin sürfə və yetkin fərd nümunələri toplanıb, sifter vasitəsilə meşə döşənəyi nümunələri götürülüb. İvanovka kəndi ərazisində üzümlüklər, su anbarı  ətrafında meşə  müayinə edilərək arıkimilərə aid növlər toplanıb, materiallar etiketlə təmin edilərək laboratoriyada təyinat üçün hazırlanıb.