XƏBƏRLƏR
227 Arxiv

2021.07.14

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və Akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə fəxri professor diplomunu və medalı alimə təqdim edib. Təqdimatda dosent Eyvazovun Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçildiyi və medala layiq görüldüyü bildirilib.

 Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Bu günə qədər AMEA-nın bir sıra görkəmli alimlərinin də həmin Akademiyanın həqiqi üzvü və fəxri professoru seçilib.

Qeyd edək ki, Ə.Eyvazov 45 elmi əsərin, 52 informasiya bülleteninin (bukletin), 3 rəngli albomun, 2 metodik vəsaitin və 1 patentin müəllifidir.

Ələddin müəllimi institutun kollektivi adından təbrik edir, uğurlarının davamını arzulayırıq.