XƏBƏRLƏR
130 Arxiv

2021.06.25

Quru onurğasızları laboratoriyasının əməkdaşları Siyəzən və Xızı rayonlarında ekspedisiyada olublar.

AMEA Zoologiya institutunun Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi, b.f.d Zöhrə Musayeva, elmi işçiləri Şəfa Xasayeva və Tamara Nuruyeva 31 may- 4 iyun tarixlərində Siyəzən və Xızı rayonlarında və Altıağac Milli Parkında ekspedisiyada olublar.
Ekspedisiya dövründə araxnoloji material toplanılıb, hörümçəklərin ekologiyasını və təsərrüfat əhəmiyyətli fitofaq gənələrin bioekoloji xüsusiyyətlərini öyrənmək məqsədilə müxtəlif bitkilər müşahidə edilib, torpaq və yarpaq nümunələri götürülərək laboratoriyaya gətirilib.