XƏBƏRLƏR
142 Arxiv

2021.01.22

Zoologiya İnstitutunda magistrantların qış imtahan sessiyası uğurla başa çatıb

22 yanvar 2021-ci il tarixində AMEA Zoologiya Institutunda "Onurğalılar Zoologiyası" ixtisası üzrə II kursda təhsil alan magistrant Nigar Vəliyevanın qış imtahan sessiyasında sonuncu imtahanı keçirilib. "İxtiologiya" fənnindən imtahan verən magistrantın nəticələri fənn müəllimi biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov tərəfindən yaxşı qiymətləndirilib. "Zoom" platforması üzərindən təşkil olunan onlayn imtahanın gedişatında AMEA  Elm və Təhsil idarəsinin  rəis müavini texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Zoologiya İnstitutunun elmi katibi biologiya üzrə fəlsəfə doktoru, dosent  (ixtisasca ixtioloq) Sara Əliyeva,  Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent   İradə Nuriyeva və baş mütəxəssis Venera Məmmədova da iştirak ediblər. Beləliklə, qış imtahan sessiyası uğurla başa çatıb.