XƏBƏRLƏR
1426 Arxiv

2021.01.18

Zoologiya İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir

18 Yanvar 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunda "Onurğalılar Zoologiyası" ixtisası üzrə təhsil alan II kurs magistrantı Nigar Vəliyeva Herpetologiya fənnindən imtahan verib. İmtahan onlayn olaraq "Zoom" platforması üzərindən təşkil olunub. İmtahanın gedişatında fənni tədris edən müəllim, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov, Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent   İradə Nuriyeva və baş mütəxəssis Venera Məmmədova iştirak ediblər. Yekunda verilən suallar magistrant tərəfindən cavablandırılaraq imtahanın nəticəsi yüksək qiymətləndirilib.