XƏBƏRLƏR
2170 Arxiv

2020.12.02

Cari ildə Zoologiya İnstitutunun gənc alimi Fuad Rzayevin nüfuzlu jurnallarda məqalələri dərc edilib

AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının kiçik elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Hüseynəli oğlu Rzayevin elmi fəaliyyətinin nəticəsi olaraq 2020-ci ildə Beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə (Web of Science; Scopus) daxil olan yüksək impakt faktorlu jurnallarda məqalələri dərc edilib. F.Rzayevin əsas tədqiqat istiqaməti müasir işıq və elektron mikroskopik üsulların köməkliyi ilə helmintlərin ultrastrukturu və nanohissəciklərin ekosistemin komponentlərində, həmçinin parazitlərdə akkumulyasiyasının və onların təsirindən hüceyrə və orqanellərdə baş verən patomorfoloji dəyişikliklərin öyrənilməsidir. Tədqiqatçı hazırda  “Azərbaycanda ev su quşlarının helmintləri (ekologiya, elektron mikroskopik tədqiqi, nanohissəciklərin istifadəsi” mövzusunda doktorluq işi üzərində çalışır. Qeyd edək ki, tədqiqatçının elmi fəaliyyəti dövründə 105 elmi əsəri çap olunmuşdur ki,  onlardan 67-si məqalə olmaqla, 45-i xaricdə, 24-ü isə müxtəlif Beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan jurnallarda nəşr olunub.

Sözügedən məqalələr aşağıda təqdim olunub:

  1. Nargiz J. Agayeva, Fuad H. Rzayev, Eldar K.Gasimov, Chingiz A. Mamedov, Ismat S. Ahmadov, Narmina A. Sadigova, Ameer Khusro, Naif Abdullah Al-Dhabi, Mariadhas Valan Arasu. Exposure of rainbow trout (Oncorhynchus mykiss) to magnetite (Fe3O4) nanoparticles in simplified food chain: Study on ultra-structural characterization // Saudi Journal of Biological Sciences. December 2020, Volume 27, Issue 12, Pages 3258-3266. https://doi.org/10.1016/j.sjbs.2020.09.032 IF: 2.8 (Q1) -Web of Science; Scopus – SJR: 0.649.
  2. Сеидбейли М.И., Рзаев Ф.Г., Гасымов Э.К. Ультраструктурные особенности кожно-мускульного мешка гельминта Trichostrongylus tenuis (Mehlis, 1846) (Nematoda: Trichostrongylidae) // Паразитология, 2020, том 54, № 5, с. 402–412. DOI: 10.31857/S123456780605003X РИНЦ IF: 0.580, Web of Science Biological Abstracts | BIOSIS Previews | Zoological Record .
  3. Рзаев Ф.Г., Сеидбейли М.И., Магеррамов С.Г., Гасымов Э.К. Формы и ультраструктурные особенности латеральных крыльев гельминта Trichostrongylus tenuis Mehlis, 1846 (Nematoda: Trichostrongylidae) // Вестник Харковского Национального Университета им. В.Н. Каразина, серия Биология, 2020, вып. 34, с. 112-119. https://doi.org/10.26565/2075-5457-2020-34-12 Web of Science | Zoological Record.