XƏBƏRLƏR
1550 Arxiv

2020.11.04

Zoologiya İnstitutunda “Əsgərə Sovqat” adlı humanitar yardım aksiyası keçirilib

Artıq neçə müddətdir ki, şanlı Azərbaycan ordusu ön xətdə cəsarətlə döyüşür, əzmlə irəliləyir, yağı düşmənə sarsıdıcı zərbələr vurur, düşmən taptağı altında olan torpaqlarımızı qarış-qarış işğaldan azad edir.

Bu gün qüdrətli ordumuzun heç bir kənar yardıma ehtiyacı olmadığı hamıya bəllidir. Lakin xalq-ordu birliyinin ifadəsi kimi AMEA Zoologiya İnstitutu kollektivi “Əsgərə Sovqat” adlı humanitar yardım aksiyası keçirərək, arxa cəbhə olaraq hər an əsgərlərimizin yanında olduqlarını nümayiş etdiriblər. Belə ki, əməkdaşlar tərəfindən toplanan sovqatla bərabər “Əsgərə məktub” adı altında yazılan məktublar da Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasına təhvil verilib.