XƏBƏRLƏR
1556 Arxiv

2020.07.17

Zoologiya İnstitutu magistrantının onlayn attestasiyası keçirilib

17 iyul 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun magistratura pilləsində "Onurğalılar zoologiyası" ixtisası üzrə təhsil alan I kurs magistrantı Vəliyeva Nigar Yolçu qızının təhsil ilinin 2-ci semestrində gördüyü işlərin yoxlanılması məqsədi ilə attestasiyası keçirilib. “Zoom” platforması üzərindən onlayn keçirilən tədbir attestasiya komissiyanın sədri, institutun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov, komissiya üzvləri - biologiya elmləri doktoru  Qiyas Quliyev,  biologiya üzrə fəlsəfə doktorları  Sara Əliyeva,  Səbinə Bünyatova və Türkan Qurbanovanın iştirakı ilə baş tutub. Gənc tədqiqatçı, elmi rəhbəri Nicat Həsənovla birgə dissertasiya işi ilə əlaqəli gördüyü işlər barəsində qısa məlumat verdikdən sonra mövzu ətrafında verilən sualları cavablandırıb.

Sonra attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib.

Sonda magistrant Nigar Vəliyeva komissiyanın qərarı ilə növbəti təhsil ilinə buraxılıb.