XƏBƏRLƏR
1540 Arxiv

2020.06.26

Zoologiya İnstitutu əməkdaşı beynəlxalq onlayn konfransda iştirak edib

AMEA Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Simuzər Mamedova Yunanıstanın Tessaliy Universiteti tərəfindən təşkil olunmuş, 24-27 iyun 2020-ci il tarixlərində keçirilən beynəlxalq konfransda iştirak edib .

Onlayn formatda keçirilən  “The 4th EWaS International Conference” (İnsan fəaliyyətinin "Su, karbon və ekoloji izləri") adlı beynəlxalq konfransın məqsədi təbiətdə su dövriyyəsi prosesində rast gəlinən bütün problemlərin tədqiqi ilə məşğul olan elm adamlarını bir araya gətirməkdən ibarətdir.

Hidravlika, hidrologiya, su resursları sistemlərinin idarə edilməsi, iqlim dəyişikliyi və ətraf mühit ilə əlaqəli mövzular ətrafında geniş müzakirələr keçirilən tədbirdə gənc alim Simuzər Mamedova  " Cryptosporidium spp. infections in livestock and wild animals in Azerbaijan territory" (Azərbaycan ərazisindəki təsərrüfat və vəhşi heyvanlarda olan Cryptosporidium spp. infeksiyaları) adlı məruzə ilə çıxış edib.     

Qeyd edək ki, konfrans iyun ayının 27-sinə kimi davam edəcək.