XƏBƏRLƏR
1786 Arxiv

2020.06.08

Zoologiya İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib

08 iyun 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib. İclası institutun direktor vəzifəsini icra edən, b.e.d. Elşad Əhmədov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb. İclasda bəzi institut əməkdaşlarının monoqrafiya və məqalələrinin çapa təqdim edilməsi məsələlərinə baxılıb.

Belə ki, Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, b.e.d. G.Mustafayevanın “Щитовки (Hemiptera: Diaspididae) Азербайджана, их паразиты и хищники” adlı monoqrafiyasının və bir neçə məqalələrin çapa təqdim olunması barədə müzakirələr aparılıb.

İclasda həmçinin, bir sıra digər məsələlərə də toxunulub.