XƏBƏRLƏR
1802 Arxiv

2020.06.05

AMEA-nın Təhsil şöbələrinin müdirləri ilə növbəti onlayn iclas keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə növbəti onlayn iclas keçirilib.

İclasın keçirilməsində məqsəd doktorantura, dissertantura və magistratura ilə bağlı Rəyasət Heyətinin qərarlarının və AMEA-nın prezidentinin sərəncamlarının icrasının təmin edilməsi, eləcə də yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili olub.

Tədbirdə idarənin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, rəis müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn HüseynovDoktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və müvafiq elmi müəssisələrin Təhsil şöbələrinin rəhbərləri iştirak ediblər.

İclası F.Kazımov açaraq AMEA-da doktorantura, dissertantura və magistratura ilə bağlı qəbul edilmiş sənədlərin icrasına dair görülən işlər barədə məlumat verib və qarşıda duran məsələləri diqqətə çatdırıb. O, pandemiya şəraitində təhsilin davamlılığının təmin edilməsi və təşkili məqsədilə AMEA prezidentinin qəbul etdiyi sərəncamların əhəmiyyətini vurğulayıb, imtahanların, o cümlədən magistrlik dissertasiya müdafiələrinin təşkili üçün vacib məsələlərə toxunub.

Sonra idarənin rəis müavini H.Hüseynov, Doktorantura və dissertantura şöbəsinin müdiri Ö.Gülalov və Magistratura şöbəsinin müdiri F.Feyziyev çıxış edərək AMEA-da ödənişli əsaslarla fəlsəfə və elmlər doktoru proqramları üzrə müvafiq ixtisaslar üçün tələb olunan təhsil haqqının illik məbləği, doktorluq imtahanlarının keçirilməsi, 2020-ci il üzrə doktoranturaya qəbulun nəticələri, növbəti qəbul prosesinə hazırlıq, pandemiya şəraitində magistrantların yay imtahan sessiyasının, eləcədə magistrlik dissertasiyaların müdafiəsinin təşkili istiqamətində görülən tədbirlərdən söz açıblar.

Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

http://science.gov.az/news/open/13271