XƏBƏRLƏR
2172 Arxiv

2019.10.25

Zoologiya İnstitutunda hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələri ilə növbəti xəbərdarlıq və toplanış məşqi keçirilib

25 oktyabr 2019-cu il tarixdə AMEA Zoologiya İnstitutununda Mülki Müdafiə dəstələrinin komandir-rəis heyətinin və manqa üzvlərinin iştirakı ilə  hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib. Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanması” mövzusunda keçirilib və mövzu barədə çıxışlar edilib. Məşqə həmçinin, institutda yaradılmış Mülki Müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib, onların hazırlıq səviyyəsi yoxlanılıb və çatışmazlıqların aradan qaldırılması barədə rəhbərliyin göstəriş və tövsiyyələri dinlənilib.