XƏBƏRLƏR
2407 Arxiv

2019.09.23

Zoologiya İnstitutunun əməkdaşları Ağsu Təcrübə-Dayaq Məntəqəsində olublar

20 sentyabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutu tərəfindən İnstitut əməkdaşlarının Ağsu Təcrübə-Dayaq Məntəqəsinə səfəri təşkil olunub. Səfərin əsas məqsədi  məntəqədə gedən iş prosesi və ərazi ilə yaxından tanışlıq olub. Belə ki, məhsul yığımı dövrü başa çatıb və növbəti əkin ili üçün şumlama işlərinə start verilib.  Həmçinin, institut əməkdaşları üzüm bağlarında məhsulun son yığımında da iştirak ediblər.