XƏBƏRLƏR
2210 Arxiv

2019.09.17

Rusiyalı alim Zoologiya İnstitutunda məruzə ilə çıxış edib

Rusiya Elmlər Akademiyasının (REA) Ural bölməsinin “Bitki və heyvanların ekologiyası İnstitutu”nun baş elmi işçisi, REA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vladimir Dmitriyeviç Boqdanov 17 sentyabr 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun qonağı olub . 

V. D. Boqdanov çalışdığı Bitki və heyvanların ekologiyası İnstitutunun fəaliyyəti və elmi istiqamətləri haqqında geniş məlumat verib. Daha sonra “Bitki və heyvanların ekologiyası İnstitutunun Arktikada elmi tədqiqatları” adlı məruzə ilə çıxış edən alim, apardığı təqdiqatlar , Arktikanın Yamalo-Nenets Muxtar dairəsinin biomüxtəlifliyi, ərazinin ekoloji şəraiti, müxtəlif təbii və antropogen amillərin fauna və floraya göstərdiyi təsirlər haqqında danışaraq, əldə edilmiş nəticələr barədə institut əməkdaşlarını məlumatlandırıb.

İclasın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.