XƏBƏRLƏR
2582
Arxiv
2019.09.09
Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb
Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.
scientificrussia.ru saytı xəbər verir ki, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklərin birləşməsinin olmasıdır.
Unikal mexaniki xüsusiyyətlərə malik olan biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən gələcəkdə onu biotibb sahəsində də istifadə etmək mümkün olacaq.
http://science.gov.az/news/open/10996
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.