XƏBƏRLƏR
2150 Arxiv

2019.06.21

Zoologiya İnstitutunda "EBSCOHOST PLATFORMASINDA İNTERAKTİV AXTARIŞ" mövzusunda təlim keçiriləcək

28 iyun 2019-cu il tarixində saat 14:30–da AMEA Zoologiya İnstitutunun kitabxanasında AMEA Mərkəzi Elmi kitabxanası Azərbaycan İnformasiya Konsorsiumu çərçivəsində "Ebscohost Platformasında İnteraktiv Axtarış" mövzusunda təlim keçirəcək.

Bu interaktiv axtarış sistemi vasitəsilə alimlər və gənc tədqiqatçılar mühüm əhəmiyyət kəsb edən kitab və jurnalların tam mətnindən öz elmi araşdırmalarında istifadə etmək imkanı qazanacaqlar.

Maraqlanan bütün əməkdaşlar təlimdə iştirak edə bilər.

Gənc tədqiqatçıların iştirakı vacibdir.