XƏBƏRLƏR
2365 Arxiv

2019.05.30

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

30 may 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən institut direktoru, fizika üzrə fəlsəfə doktoru  Elman Yusifov  əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Sonra elmi işlər üzrə direktor müavini, biologiya elmlər doktoru Elşad Əhmədov 2019-cu ilin I yarımili üçün hesabatların hazırlanması haqqında şura üzvlərini məlumatlandırıb.

İclasda Elmi Şura üzvlərinin gizli səsverməsi ilə biologiya elmlər doktoru Qara Fətəliyevin, biologiya üzrə fəlsəfə doktoru Reyhan İbrahimovanın və  biologiya üzrə fəlsəfə doktoru Nailə İsgəndərovanın “Parazitologiya” ixtisasında, biologiya elmlər doktoru Gülzar Mustafayevanın “Entomologiya” ixtisasında dosent  elmi adı alması haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb. İclasda həmçinin, 19 aprel 2019-cu il tarixində “Elm” qəzetində dərc olunmuş müsabiqənin nəticəsinə əsasən, biologiya üzrə fəlsəfə doktoru Lalə Şirinovanın Quru onurğasızları laboratoriyasına böyük elmi işçi vəzifəsini tutması üçün Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırılıb.

İclasda həmçinin, bir sıra başqa məsələlər də müzakirə olunub.