2019.05.16
Azərbaycanlı alimlər Serbiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər
Serbiya Respublikasının Tara şəhərində Beynəlxalq Cinayət Hüququ və Kriminologiya Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət qanununda məsuliyyət və sanksiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda ölkəmizi AMEA Azad Həmkarlar İttifaqının sədri, Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, hüquq üzrə elmlər doktoru, professor Xanlar Ələkbərov və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin birinci katibi, hüquq üzrə fəlsəfə doktoru Tehran Şükürov təmsil ediblər.
Beynəlxalq tədbirdə Habil Qurbanov Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları, o cümlədən Xocalı cinayətinin törədilməsinin səbəb və məqsədləri barədə məlumat verib.
http://science.gov.az/news/open/10386