XƏBƏRLƏR
2208 Arxiv

2019.05.10

Zoologiya İnstitutunda ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan tədbir keçirildi

10 may 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirildi. Tədbiri Zoologiya İnstitutunun direktoru Elman Yusifov açaraq, ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışdı. Daha sonra institutun Hidrobiologiya laboratoriyasının müdiri  Adil Əliyev,  Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi  Əbülfəz Tağıyev, Zoologiya İnstitutu Kitabxanasının böyük laborantı  Zeynəb Məmmədova, Parazitologiya laboratoriyası  kiçik elmi işçisi Nərmin Mütəllibova və Quru onurğalıları laboratoriyasının elmi işçisi  Sevinc Rəcəbova ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, gənclərə və təhsilə qayğısı mövzusundan çıxışlar etdilər.